Modern.az

FİFA prezidenti Bakıya gəlir

FİFA prezidenti Bakıya gəlir

20 İyun 2021, 17:44

FİFA-nın prezidenti Gianni İnfantino Bakıya gələcək.

 

Modern.az bildirir ki, məlumatı AFFA-nın saytı yayıb.

 

Bildirilib ki, bu gün AVRO-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün FİFA-nın prezidenti Gianni İnfantino paytaxtımıza gələcək.

 

Bu gün, həmçinin UEFA-nın baş katibi Teodor Teodoridis Bakıya gələcək və görüşü stadiondan izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı və İrəvan razılaşdı: 1976-cı il xəritəsi təsdiqləndi