Modern.az

Türkiyə səfiri Azərbaycanda partiya sədri ilə görüşdü

Türkiyə səfiri Azərbaycanda partiya sədri ilə görüşdü

24 Oktyabr 2012, 14:46

Oktyabrın 24-də Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisdə Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Fərəc Quliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri İsmayıl Alper Coşqunla görüşüb. Milli Dirçəliş Hərəkatı partiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə siyasi, iqtisadi sahədə münasibətlər, dövlətlərarası münasibətlər sistemində parlament dostluq qrupları arasında əlaqələr, mötəbər beynəlxalq qurumlarla birgə, səmərəli fəaliyyət imkanları, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir