Modern.az

Ankaradan Fransa və ABŞ-dakı erməni lobbisinə xəbərdarlıq

Ankaradan Fransa və ABŞ-dakı erməni lobbisinə xəbərdarlıq

Aktual

30 Dekabr 2021, 15:47

“İrəvanla münasibətlərin normallaşması Türkiyədə yaşayan ermənilərin də Ermənistanla daha rahat əlaqə qurmalarını təmin edəcək”.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, xüsusilə dünyanın iki ölkəsində, yəni Fransa və ABŞ-dakı erməni diasporu bu mərhələdə məsuliyyətli davranmalıdır:

“Bəzi məqamlara görə bundan sonra 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu iddia edib, bunu şərt kimi gündəmə gətirməyin heç kimə faydası yoxdur. Artıq Cənubi Qafqazda yeni səhifə açılıb, yeni dövr başlayıb. Diaspor da bu reallıqları görməlidir. Bu baş verərsə, Cənubi Qafqazda yeni sülh və sabitlik dövrü başlayar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar