Modern.az

Ukrayna problemi regionda qarşıdurmanı artıracaq

Ukrayna problemi regionda qarşıdurmanı artıracaq

Aktual

30 Dekabr 2021, 16:56

“Hərbi toqquşma, Rusiyanın Ukrayna torpaqlarına girməsi, Ukraynada hərbi qarşıdurma kimsənin xeyrinə deyil”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, bunlar regionda qarşıdurmanı daha da artıracaq:

“Onsuz da bu qarşıdurmaya görə yüzlərlə ukraynalı həlak olub. Amma eyni zamanda Ukraynın ərazi bütövlüyünün qorunması məsələsində də mövqeyimiz var. Prezidentimizin həm cənab Vladimir Putinlə, həm də cənab Volodimir Zelenski ilə kifayət qədər yaxşı münasibəti var. Beynəlxalq ictimaiyyət də bu məsələdə diqqətli olmalıdır. Qarşıdurmanı artıracaq yox, əksinə, azaldacaq bəyanatlara, yanaşmaya ehtiyac var”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi