Modern.az

"İsgəndər" raketləri Cenevrədə müzakirə ediləcək?

Aktual

8 Yanvar 2022, 13:22

ABŞ-ın NBC telekanalı yanvarın 10-da Cenevrədə keçirilməsi planlaşdırılan ABŞ-Rusiya Strateji Dialoqunun iclasında müzakirə ediləcək mövzuların təfərrüatlarını açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda iclasda əsas mövzulardan birinin hər iki ölkənin Şərqi Avropadakı hərbi varlığının azaldılması olduğunu qeyd edilib.

 

Bildirilib ki, Bayden rəhbərliyi hər iki ölkənin Şərqi Avropadakı hərbi varlığını və təlimləri azaltması üçün təkliflər edəcək. Bununla yanaşı, masada Rusiyanın Kalininqradda yerləşdirdiyi “İsgəndər” raketlərinin də müzakirə ediləcəyi bildirilib.

 

Məsələ ilə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iddiaları təkzib edib:

 

“Biz Rusiyaya qarşı açıq şəkildə mövqeyimizi ortaya qoymuşuq. Əgər Rusiya Ukraynaya növbəti dəfə müdaxilə edərsə, NATO-nun şərq cinahındakı tərəfdaşlarımızı gücləndirəcəyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik