Modern.az

Qarabağa avtobus reyslərinin açılması üçün sınaq yürüşü keçirilib

Qarabağa avtobus reyslərinin açılması üçün sınaq yürüşü keçirilib

Aktual

18 Yanvar 2022, 11:12

“İlk dəfə olaraq azad edilmiş ərazilərə sərnişin daşımaya start verilir. Bütün bu işlərin başlıca məqsədi böyük qayıdışın təmin edilməsidir. Artıq, görülən işlər həmin ərazilərə sərnişindaşımaya da imkan verir”.

 

Modern.az xəbər verir ki, bu  sözləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutlarının açılması ilə bağlı brifinqdə deyib.

 

Onun sözlərinə görə,  başlıca məqsəd vətəndaşların həmin ərazilərə təhlükəsiz daşınmasını təmin etməkdir:

 

“İlk mərhələdə təhlükəsizliklə yanaşı infrastruktur da buna imkan verir. Avtobus reyslərinin açılması üzrə 4 sınaq yürüşü həyata keçirilib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik