Modern.az

Qarabağda işləmək istəyən sahibkarlara GÜZƏŞT

Qarabağda işləmək istəyən sahibkarlara GÜZƏŞT

28 Yanvar 2022, 12:45

Sahibkarlıq subyektləri tərəfindən işğaldan azad edilən ərazilərdə xidmət, logistika, istehsal sahələri üzrə fəaliyyət göstərməklə bağlı Sahibkarlığın İnkişafı Fonduna müraciətlər daxil olub.

 

Modern.az xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliyev Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Fond həm dövlət zəmanətli kredit, həm güzəştli kredit istiqamətində bu sahibkarlarlıq subyektlərinə dəstək göstərib:

 

"Fondun qiymətləndirmə meyarı olaraq, işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərə və yaxud da həmin ərazilərə uyğun işləri quran sahibkarlıq subyektlərinə xüsusi yanaşma tətbiq edilir və biz onların müraciətlərini çalışırıq ki, maksimum dərəcədə diqqətimizdə saxlayaq. Əlavə olaraq 2022-ci ildə əyər işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçünüçün müraciət daxil olarsa biz birmənali şəkildə bu müraciətlərə müsbət baxacağıq. Güzəştli kreditlər üzrə bu sahibkarlıq subyektlərinin müraciətlərinin müsbət cavablandırılması istiqamətində lazımı addımlar atılacaq”.

 

Osman Xaliyev eyni zamanda, işğaldan azad olunan ərazilərlə bağlı Fond tərəfindən əlavə maliyyələşmə mexanizmləri üzrə təhlillər apardığını vurğulayıb:

 

"Bu işlər aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Əyər bu proqramproqram qəbul olunarsa, əlavə dəstək tedbiri kimi o sahibkarlıq subyektlərinə dəstək göstəriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü