Modern.az

Millimizin 4 üzvü karantinə alınıb

Millimizin 4 üzvü karantinə alınıb

Aktual

28 Yanvar 2022, 17:26

Avropa çempionatının final mərhələsinin D qrupunda yanvarın 29-da Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 futzalçısı karantinə alınıb.

 

Modern.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi Emin Kürdov və Xətai Bağırovda, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqovda müsbət çıxıb.

 

Onlar məskunlaşdıqları oteldə karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyiblır. Həmin şəxslərdən PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.

 

UEFA bugünkü məşqi həkimlərlə təmin edib.

 

Qeyd edək ki, Azərbaycan - Bosniya və Herseqovina oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü