Modern.az

Şagird sinif yoldaşını bıçaqladı - QAZAXDA

Şagird sinif yoldaşını bıçaqladı - QAZAXDA

31 Yanvar 2022, 12:03

Qazax rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

 

Qazax rayonu Təhsil Şöbəsindən Modern.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə 2 saylı orta məktəbdə qeydə alınıb. 

 

Məlumata görə, məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Yolçuyev Yunis Xəqani oğlu sinif yoldaşı tərəfindən bıçaqlanıb.

 

Təhsil Şöbəsindən qeyd edilib ki, əməkdaşlar dərhal hadisə yerinə gedib. Cinayətin hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur, faktla əlaqədar araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü