Modern.az

Beynəlxalq qrossmeyster şahmat məktəbi yaratdı

Beynəlxalq qrossmeyster şahmat məktəbi yaratdı

Aktual

1 Fevral 2022, 14:53

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi ilə yaradılan “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış olub.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, AŞF-nin baş katibi İlahə Qədimova, Azərbaycan yığmasının üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, bacısı – beynəlxalq qrossmeyster Türkan Məmmədyarova, atası Həmid Məmmədyarov da iştirak edib.

 

“Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova bildirib ki, məktəbdə 30 uşaq şahmatla məşğul ola bilər.

 

Məktəbdə dərslər Azərbaycan, rus və ingilis dilində tədris olunur. 

 

Qeyd edək ki, “Məmmədyarovlar” şahmat məktəbi Azərbaycanın tanınmış şahmat ailəsi Məmmədyarovların adı ilə bağlıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var