Modern.az

Xərçəng xəstəliyi əhali sayına paralel ARTIR

Xərçəng xəstəliyi əhali sayına paralel ARTIR

Aktual

4 Fevral 2022, 11:52

"Bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır. 2020-ci ilin hesabatına görə, qeydiyyatda 54 min 403 nəfər onkoloji xəstə olub. Ümumilikdə götürdükdə 2020-ci ildə qeydiyyata 11 min 595 nəfər birincili onkoloji xəstə kimi düşüb. Bunlardan birinci-ikinci mərhələdə 4575 nəfər, üçüncü mərhələdə 3876, dördüncü mərhələdə 3144 nəfər olub".

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli bildirib. 

 

Onun sözlərinə görə, burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır:

 

"Xərçəng xəstəliklərinin sayı demək olar ki, ölkə əhalisinin sayı ilə paralel artır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Müvafiq göstəriciləri qonşu ölkələrin statistik məlumatları ilə müqayisə etsək, deyə bilərik ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil".

 

A.Kərimli qeyd edib ki, hazırda onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır:

 

"Belə ki, əgər 2016-cı ildə 17 min 166 nəfər 5 il və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 min 766 nəfər olub. Bu da qabaqcıl tibbi avadanlıqların olması, müasir müayinə, müalicə üsullarının tətbiqi, müalicədə protokolların istifadə olunması xəstəliyin sağalmasına, xəstənin vəziyyətinin yaxşılaşmasına xeyli təsir göstərib. Xəstəliyin erkən mərhələsində həkimə müraciət etməyi məsləhət görürəm, çünki bu, xərçəngin bəzi formalarından şəfa tapmaq ehtimalını xeyli artırır".

 

Həkim bildirib ki, onkoloji xəstələrin sayının artmasında ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması mühüm rol oynayır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var