Modern.az

Məktəblərin açıq qalmasını TÖVSİYƏ EDİRİK

Məktəblərin açıq qalmasını TÖVSİYƏ EDİRİK

Aktual

7 Fevral 2022, 11:12

""Omicron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir".

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun "Omicron" ştamına yoluxma sayında yüksək artım müşahidə edilir:

 

"Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".

 

H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq