Modern.az

Şimali Kiprdə Azərbaycan Mərkəzi və Heydər Əliyevin büstü açılacaq - EKSKLÜZİV

Şimali Kiprdə Azərbaycan Mərkəzi və Heydər Əliyevin büstü açılacaq - EKSKLÜZİV

Ölkə

10 May 2024, 10:52

Mayın 15-də Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılış mərasimi keçiriləcək.

 

Bu barədə Modern.az-a açıqlamasında Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre məlumat verib.

 

Mərasimdə Ulu Öndər Heydər Əliyevin büstünün açılışı baş tutacaq.

 

O qeyd edib ki, mərkəzin açılışı Azərbaycan və Şimali Kipr arasında əlaqələrin gücləndirilməsinə töfhə verəcək.

 

“Bu mərkəzin açılması ilə əlaqələrimiz daha da güclənəcək. Açılışda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti cənab Ersin Tatar, Azərbaycan-Şimali Kipr dostluq qrupunun üzvləri və türkiyəli rəsmilər iştirak edəcək”, - Zorlu Töre deyib.

 

Mərkəzdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycan Milli Rəqs Dərnəyi, Azərbaycan və Türk dillərində təhsil şöbəsi fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcək. Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, səfər 12-16 mayı əhatə edəcək. Səfərdə Azərbaycan tərəfindən altı deputat iştirak edəcək. Qeyd edək ki, ötən günlərdə Milli Məclisin qərarı ilə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi