Modern.az

İlham Namiq Kamal yutub kanalı AÇDI

İlham Namiq Kamal yutub kanalı AÇDI

Mədəni̇yyət

10 May 2024, 10:54

Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino aktyoru İlham Namiq Kamal yutub (YouTube) videoplatformasında kanal açıb.

Bu barədə Modern.az-a Xalq artistinin özü məlumat verib.

İlham Namiq Kamal bildirib ki, onun yutub kanalında indiyə kimi iştirak etdiyi tamaşaların, filmlərin videolenti yerləşdiriləcək. Məqsəd Xalq artisinin yaradıcılığını izləmək istəyən tamaşaçıların işini asanlaşdırmaqdır. Belə ki, İlham Namiq Kamalın oynadığı film və tamaşalara baxmaq istəyənlər bu kanala abunə olmaqla üstünlük əldə edəcəklər.

Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamal hazırda Azərnaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru-rejissorudur.

Aşağıda Xalq artisinin yutub kanalının linkini təqdim edirik:

//www.youtube.com/@IlhamNamiqKamal

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ