Modern.az

Həcc ziyarətinə sənəd qəbulu başa çatdı

Həcc ziyarətinə sənəd qəbulu başa çatdı

1 İyun 2022, 15:44

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb və kvotada nəzərdə tutulan 680 yerin hamısı üçün müraciət edilib.

 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.

 

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı Azərbaycana 680 nəfərlik kvota verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü