Modern.az

Şəhidin yenilənmiş büstünün açılışı oldu - FOTO

Şəhidin yenilənmiş büstünün açılışı oldu - FOTO

Aktual

9 İyun 2022, 15:32

Nizami rayonunda şəhidlərin xatirəsinə ucaldılmış növbəti abidə kompleksinin və I Qarabağ müharibəsinin şəhidi, məktəbin adını daşıdığı Xaliq Quliyevin yenilənmiş büstünün açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, 62 saylı məktəb-liseyin məzunları olmuş Vətən müharibəsi şəhidləri - Əhədzadə Elsevər Ağacan oğlunun və Xəlili Samir Əhməd oğlunun xatirəsinə həsr olunmuş kompleks Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə dəstəyi ilə inşa edilib.

 

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami rayonu şəhidlərinin ailə üzvləri və yaxınları, İcra Hakimiyyətinin məsul şəxsləri, Bakı şəhər Təhsil İdarəsinin Layihələrin İnkişafı Sektorunun müdiri Günay Qurbanova,  Modern.az Media Qrupunun təmsilçiləri, YAP Nizami Rayon Təşkilatının "Sərdaroğulları” ilk ərazi partiya təşkilatının sədr müavini Xəyal Əhmədov, Türk Ağsaqqalları Birliyi -  TAİB-in idarə heyətinin üzvləri və Nizami rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Tədbir, Azərbaycan bayrağının gətirilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın  ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı abidəsi ucaldılan şəhidlərin ailə üzvlərini açılış üçün dəvət edib. Xatirə kompleksinin təntənəli açılışı zamanı həm şəhid ailələri, həm də qonaqlar  kövrək və qürurlu anlar yaşayıb.

 

Açılışı mərasimində çıxış edənlər şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğı və diqqətdən, onların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən proqramlarda  söz açıb, Prezident İlham Əliyevin və Birinici vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə doğma münasibət bəsləməsinin hamıya nümunə olduğunu vurğulayıblar.

 

Övladlarının xatirəsini əbədiləşdirən təşkilatçılara minnətdarlıq edən şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Mərasimdə 62 saylı məktəb-liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Daha sonra ictimaiyyət nümayəndələri çay süfrəsi ətrafında şəhid ailələrinin üzvləri ilə səmimi söhbət aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi