Modern.az

3 avtomobili yardı - Polisdən qaça bilmədi

3 avtomobili yardı - Polisdən qaça bilmədi

Aktual

23 İyun 2022, 10:52

Bir nəfər müxtəlif avtmobillərdən oğurluq edib.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayonun Ş.Qurbanov, C.Cabbarlı və İzmir küçələrində “Mercedes”, “Toyota” və “Chery” markalı üç avtomobildən oğurluq edildiyi müəyyənləşib.

 

3 maşından mobil telefon və pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Teymurov müəyyən edilərək saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü