Modern.az

Ərdoğan Paşinyana sülhlə bağlı NƏ DEYİB...

Ərdoğan Paşinyana sülhlə bağlı NƏ DEYİB...

Aktual

7 Oktyabr 2022, 12:32

“Praqada keçirilən görüşün nəticəsi budur ki, hər kəs sülh istəyir. Amma arada bəzi problemlər var. Azərbaycan lideri açıq şəkildə bildirdi ki, sülh müqaviləsi artıq bağlanmalıdır”.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib. 

 

Onun sözlərinə görə, Avropa Türkiyənin dəstəyi ilə bölgədə sülh istəyir:

 

“Artıq deyə bilərik ki, sülhə gedən yolda bütün əngəllər dünənki görüşdə aradan qaldırılıb. Cənab Ərdoğan və Makronun da istəyi budur. Türkiyə Cənubi Qafqazda sülh istəyir, bunu Prezident Ərdoğan Paşinyanla görüşdə bildirib. Diqqətə çatdırılıb ki, tezliklə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, diplomatik münasibətlərin, səfirliklərin açılması arzuolunandır. Türkiyə bu prosesə hər cür dəstək verməyə hazır olduğunu bəyan edib”.

 

AKP təmsilçisi qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər düzəldikdən sonra Türkiyə də Ermənistanla bütün əlaqələri bərpa edəcək:

 

“İndi Ermənistan seçim qarşısındadır. Dünənki görüşləri şərh edərək deyə bilərik ki, Avropanın Azərbaycan və Türkiyəyə ehtiyacı var. Türkiyənin dəstəyi Avropa üçün vacibdir. Ümid edirik ki, yaxın zamanda sülh müqaviləsi bağlanacaq”.

 

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Görüşdən sonra verilən bəyanatda Ermənistanın rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı öz əksini tapıb.

 

Onu da bildirək ki, ötən gün dördtərəfli görüşdən əlavə, Türkiyə və Ermənistan liderləri arasında ilk dəfə görüş olub. Görüşdən sonra mediaya açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhün əldə edilməsinə ümidli olduğunu deyib.

 

“Regionumuzda yaxşı qonşuluq sayəsində tam normallaşma hədəfimizə çata biləcəyimizə inanıram” Türkiyə lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışaraq deyib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar davam etdirilir: "İnanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü