Modern.az

AMEA-ya yeni vitse-prezidentlər seçilməyəcək - İsa Həbibbəyli

AMEA-ya yeni vitse-prezidentlər seçilməyəcək - İsa Həbibbəyli

Aktual

31 Oktyabr 2022, 11:16

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib. Toplantının keçirilməsində məqsəd Akademiyanın yeni prezidentini müəyyən etmək olub. Ümumi müzakirələrdən sonra Rəyasət Heyəti akademik İsa Həbibbəylinin namizədliyini dəstəkləyərək, onu AMEA-nın 13-cü prezidenti seçib.

 

Akademiyanın yeni rəhbəri bəlli olsa da, vitse-prezident postuna seçim aparılmayıb. 

 

Modern.az-ın əməkdaşı İsa Həbibbəyli ilə əlaqə saxlayaraq, onun müavinləri, yəni vitse-prezidentlərlə bağlı suala aydınlıq gətirməyə çalışıb.

 

AMEA-nın yeni rəhbəri sualımıza cavabında deyib: "Yeni vitse-prezidentlərin seçilməsi məsələsi akademiyanın gündəliyində durmur".

 

Qeyd edək ki, yeni rəhbər seçilənə qədər - oktyabrın 25-nə kimi AMEA-ya Birinci vitse-prezident Arif Həmişov rəhbərlik edib, İsa Həbibbəyli ilə vitse-prezident postunda fəaliyyət göstərib. Ümumi yığıncaqda İsa Həbibbəyli rəhbər seçildiyindən onun əvvəlki postu faktiki olaraq boş qalıb. 

 

Modern.az AMEA-nın rəsmi saytına istinadən rəhbər heyəti təqdim edir:

 

AMEA prezidenti 

 

Həbibbəyli İsa Əkbər oğlu

 

Birinci vitse-prezident 

 

Akademik Arif Məmməd oğlu Həşimov 

 

Vitse-prezidentlər

 

Akademik Dilqəm Bəbir oğlu Tağıyev

 

Akademik İbrahim Səid oğlu Quliyev

 

Akademik Tofiq Murzuta oğlu Nağıyev

 

Akademik Nərgiz Arif qızı Paşayeva

 

Akademik Rasim Məhəmməd oğlu Əliquliyev

 

Akademik İradə Məmməd qızı Hüseynova

 

Akademik Gövhər Baxşəli qızı Baxşəliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi