Modern.az

Goranboyda dəyirmi masa keçirilib - FOTOLAR

Goranboyda dəyirmi masa keçirilib - FOTOLAR

Aktual

1 Fevral 2023, 11:04

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, ümümrayon tədbirlərinin keçirilməsi ilə əlaqədar Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Heydər Əliyev Mərkəzində “Təhsil millətin gələcəyidir” mövzusunda dəyirmi masa keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Goranboy-Naftalan rayonu üzrə Təhsil sektorunun rəhbəri, rayonun bir qrup təhsil işçiləri və ictimai fəallar iştirak ediblər.

 

Tədbir iştirakçıları öncə, Ümummilli Liderin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və dövlət idarəçilik fəaliyyətini özündə əks etdirən fotoguşəyə baxış keçirilib, videoçarx izlənilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü