Modern.az

Aİ-nin mülki missiyasının personalının əksəriyyəti kəşfiyyatçıdı

Aİ-nin mülki missiyasının personalının əksəriyyəti kəşfiyyatçıdı

Aktual

15 Mart 2024, 11:21

Avropa İttifaqı Ermənistanı mühafizə etməyə, Azərbaycana qarşı addımlar atmağa davam edir. Martın 13-də keçirilən iclasda müzakirələrin başlıqları da bunu aydın göstərir. 

Avropanın Azərbaycana qarşı fəaliyyət göstərməsi ilə bağlı Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova da şok fikirlər səsləndirib.

"Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur”, - diplomat bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Avropa İttifaqının(Aİ) mülki missiyası Azərbaycan-Ermənsitan münasibtələrinin normallaşmasına heç bir töhfə vermir:

“Avropa İttifaqı, xüsusilə də, Fransa Rusiyanın Ermənistandan çıxacağı təqdirdə bu boşluğu doldurmaq niyyətini ortaya qoymuş tərəf kimi çıxış edir. 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Ermənistana sülh əlini uzatdı və müqavilənin imzalanması istiqamətində proseslər başladı. Həmin zaman Azərbaycanda Rusiya sülhməramlıları yerləşdirildi. Ermənistan bir müddət sonra Rusiya sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsi ideyasını ortaya atdı. Bundan sonra isə Aİ missiyası Azərbaycan-Ermənistan sərhədinə yerləşdirildi və onlar burada müşahidə aparmağa başladılar. Azərbaycan isə müşahidə missiyasının fəaliyyətini qəbul etmədi və heç bir əməkdaşlığı planlaşdırmadığını, buna ehtiyac da duymadığını dilə gətirdi. Ermənistan isə müşahidə missiyasının uzun müddət burada qalması üçün dəridən-qabıqdan çıxır. Belə qənaətə gəlmək olar ki, bu müşahidə missiyasının sərhəddəki fəaliyyəti heç bir fayda vermir. Onsuz da, sərhəddə təxribatlar Ermənistan tərəfindən törədilirdi. Son zamanlar isə bu cür təxribatların sayı tamamilə azaldılıb. Sərhəddə bir  müddət insident baş verdi. Məlum oldu ki, bu hadiəs erməni əsilli terror qruplaşmaları tərəfindən törədilib. Ondan sonra yolunu azaraq əsir düşən Azərbaycan əsgəri geri qaytarıldı. Paşinyan da açıqlama verdi ki, Azərbaycan tərəfi ilə razılıq var ki, əsgərlər yolunu azarsa, avtomatik dəyişdiriləcəklər. Görünən odur ki, Azərbaycan və Ermənistan arasında heç bir vasitəçi olmadan dialoq başlayıb. Komissiyalar sərhədlərin delimitasiya və demarkasiya üzrə işlər aparırlar. Cənab Prezident də verdiyi sonuncu açıqlamada bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması  heç vaxt bugünkü qədər yaxın olmayıb. Ermənistan tərəfindən sərhəddə müşahidə aparan Aİ müşahidə missiyası  faktiki olaraq iki ölkə arasında əlaqələrin normallaşmasına heç bir töhfə vermir”.

Deputat söyləyib ki, Aİ müşahidə missiyasının burada başqa, gizli fəaliyyətləri var:

“Ermənsitanın Rusiya hərbi bazasının ölkəsindən çıxarılması, KTMT-dən çıxmaqla bağlı veridyi mesajlar o deməkdir ki, məhz müşahidə missiyasının tərkibində olan keçmiş hərbçilər əslində kəşfiyyat məlumatları toplayırlar. Bu məlumatlar həm  Azərbaycana, həm də İrana qarşı ola bilər. Nəticə etibarilə növbəti illərdə Ermənsitanda Qərbə meyillənmənin, inteqrasiyanın sürətlənməsi planını həyata keçirirlər. Bu baxımdan Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarovanın dediklərində həqiqət ola bilər. Çünki bu missiyanın Azərbaycanla Ermənsitan arasındakı münasibətlərin normallaşmasına xeyri olmadığı kimi, ziyanı var. Ona görə ki, missiya Ermənistanı cəsarətələndirir, müəyyən şəkildə qızışdırır. Münaqişənin yenidən alovlanması üçün müəyyən şərait yaradırlar. Yalnız sərhəddə durub hansısa şəkillər çəkib paylaşmaqla məşğuldurlar. Nəticə etibarilə, Ermənsitanı növbəti dönəmdə ya münaqişəyə, ya çaxnaşmaya və yaxud müharibəyə hazırlayırlar. Yaxud kəşfiyyat məlumatları toplayaraq növbəti mərhələdə Ermənistanın Rusiyanın təsirindən çıxarılması üçün planlarını reallaşdırmağa çalışırlar”.

Deputat Azərbaycanın bütün təhlükələri aradan qaldırmağa hazır olduğunu vurğulayıb:

“Faktiki olaraq Avropa İttifaqının Mülki Missiyasının Azərbaycanla əlaqədar kəşfiyyat məlumatları toplayaraq, başqa dairələrə ötürməsi  barədə əlimizdə məlumat yoxdur. Bəlkə də, bu haqda Azərbaycan xüsusi dövlət orqanlarında məlumatlar ola bilər. Ancaq istənnilən halda Azərbaycan Silahlı Qüvvələri, xüsusi dövlət orqanları bütün mümkün variantlar üzərində çalışır. Həqiqətən Azərbaycanla bağlı hansısa təhlükə sezilərsə, ümumiyyətlə, şərti sərhəddə hansısa real təhlükə mənbələri peyda olarsa, Azərbaycan tərəfi bütün bu təhlükələri aradan qaldırmağa hazırdır”.

Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov  qeyd edib ki,  Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi Avropa İttifaqını, onun institusional təşkilatlarıının iç üzünü açıb:

“Avropa İttifaqı, onun institusional təşkilatları, parlamenti demək olar ki, sırf xristian klubuna dönüb. Çox təəssüf ki, siyasətlərini bu dəyərlərlə həyata keçirirlər. Avropanın iki müasir, inkişaf etmiş müsəlman ölkələri Türkiyə və Azərbaycana qarşı münasibəti,artıq hamıya bəllidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra  bu dairələrin iç üzləri tam açıldı.  Azərbaycanın uğurlarını, onun Ermənsitanla əlaqələrinin normallaşmasını istəmədikləri ortaya çıxdı. Sən demə bu qurumlar ölkədə hərc-mərclik olmasını istəyirlərmiş. Azərbaycan onların bütün arzularını gözlərində qoydu. Bununla da, həmin orqanları və onların rəhbərlərini qıcıqlandırmış olduq. Avropanın təqaüdə çıxmış kəşfiyyatçılarının Ermənistanla Azərbaycan arasında şərti sərhəddə monitorinq aparması siyasi şoudur. Onlar burada hərbi eskalasiyanın olmasına çalışır. Təbii ki,  buradakı əməkdaşların əksəriyyəti  kəşfiyyatçı, xüsusi dövlət orqanlarına çalışan agentləridir”.

V.İskəndərov bildirib ki, Ermənistanın yarımçıq siyasəti, qeyri-rasional mövqeyi nəticəsində öz ərazisində ikinci Ukrayna senarisini yazmağa başlayıb:

" Bütün bu proseslər Ermənistanın özününü başında çartlayacaq. Çünki artıq Ermənistan cəmiyyəti iki hissəyə bölünüb. Bir qrup Rusiya və İrana qarşı olan münasibəti bəyənməyərək onun dəyişdirilməsini istədiyi halda digər kəsim Qərbə inteqrasiya tərəfdarıdır. Amma Ermənistan yaranışdan müstəqil olmayıb deyə bu gün də hansısa diqtənin nəticəsi olaraq üzünü Avropaya çevirmək yolunu tutur. Ermənistan  KTMT-dən çıxacağını, Rusiya ilə münasibətlərə yenidən baxacağını açıq-aşkar bildirir. 

Amma məlumdur ki, başda ABŞ və Fransa olmaqla bir sıra ölkələrin işıqlı gələcək vəd etdiyi ölkələrin hamısı yarı yolda qalıb. Ona görə ki bu dövlətlər heç vaxt söz verdikləri vədlərini yerinəyetirməyiblər. Bütün bunlar Ermənistanın bugünkü siyasəti özünə çox böyük ziyan gətirəcək. Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan artıq bu regionun boz bölgə olmasını istəmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı