Modern.az

NATO-nun baş katibi Ermənistan və Azərbaycana çağırış etdi

NATO-nun baş katibi Ermənistan və Azərbaycana çağırış etdi

Aktual

19 Mart 2024, 13:57

NATO-nun baş katibi Yens Stoltenberq İrəvanda deyib ki, bu gün Ermənistan və Azərbaycanın uzunmüddətli sülhə nail olmaq imkanı var.

Modern.az xəbər verir ki, Stoltenberq Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə razılığa gəlməyə və münasibətlərin normallaşmasına yol açmağa çağırıb.

"NATO Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir", - o qeyd edib.

Stoltenberq həmçinin “Ermənistanın Ukrayna ilə həmrəyliyini” alqışlayıb.

Y.Stoltenberq Ermənistan hakimiyyətinin korrupsiyaya qarşı real mübarizəyə başladığını bildirib və ölkəyə “işıqlı gələcək” arzulayıb.


Nikol Paşinyan deyib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması gündəminə sadiqdir:

"Biz hesab edirik ki, Türkiyə ilə 2022-ci ildə əldə edilmiş və sonradan təsdiqlənmiş razılaşmaların həyata keçirilməsi Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olmasına müsbət təsir göstərə bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü