Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı

Aktual

27 Mart 2024, 09:30

Martın 26-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir