Modern.az

MÜSİAD-ın təşkilatçılığı ilə Sabirabadda iftar verildi - FOTO

MÜSİAD-ın təşkilatçılığı ilə Sabirabadda iftar verildi - FOTO

Aktual

27 Mart 2024, 10:30

MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Sabirabad rayonunda iftar proqramı keçirilib.

 

Modern.az xəbər verir ki, proqramda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, Milli Məclisin deputatı Ramin Məmmədov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov iştirak edib.

 

Proqramdan əvvəl MÜSİAD Azərbaycan İdarə Heyəti üzvləri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilə görüşülüb. Sabirabad Şəhidlər Xiyabanı ziyarət edilib.

 

İftar Proqramda MÜSİAD Azərbaycanın İdarə Heyəti ilə birlikdə üzvləri, şəhid ailələri, axıska türkləri və rayon sakinləri iştirak edib.

 

Məlumat üçün qeyd edək ki, MÜSİAD hər il Ramazan ayında ənənəvi iftar süfrələri təşkil edir.

 

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir