Modern.az

Tofiq Yaqublunun oğluna veteran vəsiqəsi verildi - FOTO

Tofiq Yaqublunun oğluna veteran vəsiqəsi verildi - FOTO

Aktual

28 Mart 2024, 16:53

“Nəhayət ki, bu gün qardaşım Rəhim Yaqublunun veteran vəsiqəsini aldım. Müharibədə döyüşən qardaşım oldu, medal və veteran vəsiqəsini alan mən oldum”.

Modern.az-ın məlumatına görə, bunu Milli Şuranın üzvü, Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.
 

“Keçən il də hərbi xidmətə çağırış idarəsindən Rəhimə İkinci Qarabağ müharibəsində döyüşdüyünə görə verilmiş medalı onun əvəzinə mən götürmüşdüm. Onda da yenə indiki kimi atam həbsdə idi. İllər keçsə də, bizim ailədə yenə həbsxana hekayələri yazılır”, - N.Həzi əlavə edib.

Qeyd edək ki, Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycandan Amerikaya mühacirət edib.

O, 2023-cü ilin yanvar ayında “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdu.


Tofiq Yaqublu ötən il dekabr ayının 14-ü saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.

Bu ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir