Modern.az

Erməniləri təxribata cəlb edənlər kimlərdir...

Erməniləri təxribata cəlb edənlər kimlərdir...

Dünya

27 Aprel 2024, 19:33

Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılmasına razılıq verilməsindən sonra Ermənistanda etirazlar başlayıb. Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində və İrəvanda keçirilən aksiyalarda etirazçılarla polis arasında toqquşma yaşanıb.

 

Mətbuatda aprelin 26-da hərbçilərin etirazçılara qoşulduğu barədə xəbərlər yayılıb. Bundan sonra Ermənistan Müdafiə Nazirliyi Kirantsdakı aksiyaya qoşulan hərbçilərin kimliyini müəyyənləşdirdiyini açıqlayıb. Ermənistan İstintaq Komitəsi etirazçılara qoşulan hərbçilərə qarşı cinayət işlərinin başlandığını bildirib. 

 

Maraqlıdır, erməniləri təxribata sövq edən nədir? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, etirazlar bəzi ermənilərin xislətini göstərir:

 

“Bu, artıq erməni xəstəliyi də adlanır. Onları iki şey zəhərləyir. İlk növbədə onları kilsələri zəhərləyir. Kilsələr, məscidlər, adətən insanları sülhə və mənəvi iç dünyasını əmin-amanlığına səsləyir. İbadət yerlərində insanlar və xalqlar arasında dostluğu, mərhəməti, ədaləti təbliğ edirlər. Lakin erməni kilsəsi yarandığı gündən bu yana kini, nifrəti, müharibəni təbliğ edir. Tarix boyu radikal kəsimlər, daha çox erməni kilsələrindən ilham alıblar. Digər yandan bunları yalançı tarixçilər zəhərləyir. Həmin zəhərli ideologiyanın səbəb olduğu rəzil durumun bu gün şahidi oluruq”.

 

Deputat etirazçıların məqsədlərini belə izah edib:

 

“Qazaxın kəndlərini erməni terrorçuları işğal etmişdilər. İndi də buranı atalarının malı sayırlar.  İndiki məqamda ermənilər bu 4 kəndi özlərnin hesab etdiyindən buradan çıxamaq istəmir. İkincisi, bunlardan istifadə edən radikal qüvvələr hadisələri Paşinyana qarşı çevirmək istəyirlər. Əsas səbəblər bunlardır. Bütün bunlar erməni əhalisinin düşdüyü bəlanın onların özlərinə zərər verdiyini göstərir. Artıq dünyada onların sözlərinə, ağlayıb-sızlamalarına inanmırlar. Artıq dünyanı yorublar. Bax, belə. Lakin onların etirazlarının, mitinqlərinin heç bir faydası olmayacaq. Digər rayonlardan bunların çıxmasını tələb edəndə  haray-həşir çıxardılar, vandallıqla evləri yandırdılar, heyvanları məhv etdilər”.

 

V.İskəndərov vurğulayıb ki, sadə insanlar alət kimi istifadə olunur:

 

“İndiki proseslərə baxsaq, görərik ki, erməni siyasi rəhbərliyi vəziyyətin nə yerdə olduğunu və geriyə yol olmadığını bilir. Əgər faktdan danışırıqsa, Ermənistanın özünün də tanıdığı və bəyan etdiyi Alma-Ata bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü göstərilir. Beynəlxalq hüquqda da bu, belədir. Bu məsələlər Ermənistandaxili revanşist radikal qüvvələrin Paşinyandan heyif çıxarmaq istəyidir. Sadə, heç nədən xəbəri olmayan toplum da alət kimi istifadə olunur. Düşünürük ki, heç bir effekt verməyəcək. Kəndlər qaytarılmalıdır və azərbaycanlılar oralara qayıdıb yaşamalıdır. Delimitasiya prosesi gedir. Düşünürük ki, hər bir məsələ Azərbaycanın istəyinə uyğun olacaq”.

Politoloq Zaur Məmmədov bildirib ki, Qazaxın 4 kəndi onsuz da qaytarılacaqdı:

 

“Azərbaycan bundan sonrakı məqsədlərinə də çatacaq. Orada 5-10 hərbçi, keşiş və bəzi kənd sakinlərinin iştirak etdiyi kiçik həcmli iğtişaşlar gözlənilən idi. Biz erməni cəmiyyətini tanıyırıq. Onlar başa düşməlidir ki, söhbət yalnız 4 kənddən getmir. Bunun ardı mütləq şəkildə olacaq. Ümumiyyətlə, hazırda Cənubi Qafqazda sülh sazişinin imzalanması üçün əlverişli mühit yaranıb. Ümid edək ki, bölgə uğrunda geosiyasi mübarizələrin daha da dərinləşməsi Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə zərbə vurmayacaq. Burada da əlbəttə ki, xüsusilə Ermənistan hakimiyyətini ciddi şəkildə verdiyi qərarlarından söhbət gedir. Çox güman ki, yaxın vaxtlarda görüşlərin də şahidi ola bilərik. Hər halda bütün bu hadisələr göstərir ki, real zəmin, prespektiv var. Qalır əməli addım atmaq. Cəmiyyət isə bununla razılaşmalıdır. Onlar Cənubi Qafqazda yaşamaq istəyirlərsə, öz konstitusiyalarını, gerblərini, həyata baxışarını dəyiməlidirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var