Modern.az

Su hövzələrindən 750 metr uzunluğunda tor aşkarlanaraq götürüldü

Su hövzələrindən 750 metr uzunluğunda tor aşkarlanaraq götürüldü

9 Aprel 2024, 17:00

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması və hövzələrin sahillərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil edilən “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların yığılması həyata keçirilib və su hövzələrinin sahilləri tullantılardan təmizlənib.

 

Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasından, Tərtər çayından, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 750 metr uzunluğunda 7 sintetik tor aşkarlanaraq götürülüb. Eyni zamanda, həmin hövzələrin sahilboyu əraziləri tələbələrin də iştirakı ilə 790 kiloqram plastik və digər tullantılardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna dağıdıcı raketlərini işə saldı-Rusiya silkələnir