Modern.az

Azad Cəfərli Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

Azad Cəfərli Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

Aktual

18 Aprel 2024, 11:02

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli aprelin 25-də, saat 10:00-da Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-958-99-68) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır