Modern.az

Məsələni ilk dəfə masa arxasında həll etdik - Paşinyan 4 kəndin qaytarılmasını ŞƏRH ETDİ

Məsələni ilk dəfə masa arxasında həll etdik - Paşinyan 4 kəndin qaytarılmasını ŞƏRH ETDİ

Aktual

20 Aprel 2024, 12:58

Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni masa arxasında həll ediblər.

Modern.az xəbər verir ki, bunu aprelin 20-də jurnalistlərə açıqlamasında baş nazir Nikol Paşinyan Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədlərin delimitasiyasına dair dünənki görüşü şərh edərkən deyib.
 

Paşinyan baş verən son hadisəni xəfifə almamağa çağırıb.

Onun sözlərinə görə, əldə edilən razılıq sayəsində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, həmçinin təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin süqutu zamanı mövcud olan sərhəd bərpa olunacaq.

Paşinyan bildirib ki, o, bu faktı Ermənistanın suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsinin növbəti mərhələsi üçün açar hesab edir.

Xatırladaq ki, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub.

Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir.

Tərəflər anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok