Modern.az

“Heydər Əliyev və Azərbaycan gəncliyi” - FOTOLAR

“Heydər Əliyev və Azərbaycan gəncliyi” - FOTOLAR

Aktual

10 May 2024, 10:23

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində 08 may 2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, "Aşıq Şəmşir"adına mədəniyyət evində  Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun,Kəlbəcər rayon Təhsil sekotrunun və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon üzrə mədəniyyət  sektorunun  birgə təşkilatçılığı ilə  “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.

 

Tədbirdə Kəlbəcər rayonunun idarə və müəssisələrininəməkdaşları, gənclər və ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi  iştirak edirdi.

 

Tədbirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

 

Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanmış ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov tədbirdə Ulu öndərin həyat və fəalliyyətini əhatə edən geniş çıxış etdi. Bildirdi ki, bu il ulu öndərimizin 101 illiyini qarşılayırıq. Azərbaycana sonsuz sevgi ilə bağlı olan, bütün həyatı boyu doğma xalqına xidmət etmiş ulu öndər Heydər Əliyev gördüyü böyük işlərlə, imza atdığı uğurlarla Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunmuşdur. O,bildirdi ki,Azərbaycan dövlətinin varlığında müstəsna xidmətləri olan ulu öndərin siyasi irsi bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ən yeni tarixinə öz imzasını qoymaqla layiqli siyasi varis olduğunu, Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini sübut etdi.

 

Çıxış edənlər  Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov,ADİİXİ Xİ Kəlbəcər rayon komitəsinin sədri Əli Bağırov,Kəlbəcər rayon 1 saylı tam otra  məktəbin drektoru Nazim Qafarov, "Aşıq Şəmşir"adına rayon  mədəniyyət evinin drektoru Akif Bayramov,Kəlbəcər rayon Mərkəzi xəstəxanasının drektor köməkçisi Aytac Sadıqzadə və Kəlbəcər rayon 69 saylı məktəbin müəllimi Türkan Nağıyeva çıxış edərək Azərbaycan xalqının xilaskarı olan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, gənclərə göstərdiyi diqqət və qayğıdan,həyata keçirilən gənclər siyasətindən danışdılar.Ölkəmizin müstəqil dövlət kimi formalaşaraq möhkəmlənərək  inkişaf yoluna qədəm qoymasında Ulu öndərin misilsiz xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.

 

Tədbirdə  Kəlbəcər rayon 1 saylı tam orta məktəbin şagirdi Hüseynli Elmin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şer söylədi.

 

Tədbirdə rayonun ictimai-siyasi həyatında,idmanın inkişafında səmərəli  fəallıq göstərən bir qrup gənclərə, müəllim və idmançılara YAP Kəlbəcər rayon təşkilatının və Şərgi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Fəxri Fərmanları təqdim olundu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ