Modern.az

Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO

Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO

Aktual

10 May 2024, 16:46

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

 

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhv etmə və oğurluqda şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəlüldlü Əli Səfərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

 

Faktlarla bağlı Suraxanı RPİ-nin 32-Polis Bölməsində araşdırmalar davam etdirilir. Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ