Modern.az

Paşinyan impiçment oluna bilər? - Prosedur necədir...

Paşinyan impiçment oluna bilər? - Prosedur necədir...

10 May 2024, 17:08

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü, Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan baş nazir Nikol Paşinyana etimadsızlıq (impiçment) göstəriləcəyinə şübhə ilə yanaşdığını deyib.

Onun sözlərinə görə, müxalifət buna nail olmaq üçün parlamanentdə çoxluğun səsini qazanmalıdır.

Bundan əvvəl ölkədəki etiraz aksiyalarına rəhbərlik edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan parlamentdəki müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aksiyalarının başlandığını və baş nazirin impiçment olunacağını elan edib. Arxiyepiskopun sözlərinə görə, bunun üçün parlamentdə müxalifətin 20 səsi çatışmır.


“Qoy gəlsinlər, impiçment prosesinə başlasınlar, amma din xadiminin özü dedi ki, onlara 20 səs çatmır. Bəs bu səsləri hardan alacaqlar?”, – deputat Andranik Köçəryan jurnalistlərə bildirib.


Onun sözlərinə görə, arxiyepiskop Qalstanyan istəsə, yalnız 2026-cı ildə keçiriləcək seçkilərlə baş nazir ola bilər. Bu halda da arxiyepiskop öz siyasi komandası ilə seçkilərdə iştirak üçün müraciət etməli və uğur qazanarsa, baş nazir olmalıdır.


Qanunvericiliyə görə, baş nazir haqqında impiçment prosedurunun başlanması üçün müraciətdən sonrakı 24 saat ərzində parlamentin 36 deputatı imza verməlidir. İndi parlamentdəki müxalif “Hayastan” və “Mənim şərəfim var” fraksiyalarının cəmi 35 deputatı var. Onlar ya yeganə müstəqil deputat İşxan Zakaryanın dəstəyini almalı, ya da hakim fraksiyanın nümayəndəsinin səsini qazanmalıdır.

Bundan sonra bütün imzaları toplanmalı və 48-72 saat ərzində səsvermə olmalıdır. İmpiçment üçün minimum 54 səs lazımdır. Müxalifət əlavə olaraq daha 18 deputatın dəstəyini almalıdır. Etirazçılar bu problemi küçə təzyiqi ilə həll etməyə ümid edirlər.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ