Modern.az

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist vəfat etdi

Allah rəhmət eləsi̇n

7 Fevral 2022, 12:18

Əməkdar jurnalist, publisist, prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistin dostları bildiriblər.

 

Qalina Mikeladze Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını əhatə edən yazılarla çıxış edib.

 

O, mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.

Qalina Mikeladze (qızlıq soyadı Əliyeva olub və bu ad altında imzası tanınıb) uzun və çətin həyat yolu keçib. Atası o uşaq olanda repressiyaya məruz qalıb, anası qızının yaxşı təhsil almasına çalışıb.


"Vətən xaini"nin qızı kimi böyümək isə onun üçün asan olmayıb. 

M.Y.Lomonosov adına Moskva Dövlət Universitetini bitirəndən sonra Q.Mikeladze redaktor kimi əmək fəaliyyətinə Gürcüstan Yazıçılar Birliyinin nəşriyyatında başlayıb. Sonra Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında işini davam etdirib. 1950-ci illərin sonunda onun jurnalistlik fəaliyyəti "Bakinskiy raboçiy" qəzeti ilə bağlanıb. 1964-cü ildə Azərbaycan Mərkəzi Komitəsinin zəmanətilə Q.Mikeladze təcrübəli jurnalist kimi "Sovet ticarəti" qəzetinin Azərbaycan üzrə müxbiri təyin edilib. Daha sonra isə 23 il Tbilisidə həmin qəzetin Zaqafqaziya məntəqəsi üzrə rəhbəri işləyib.

1993-cü ildə Q.Mikeladze Bakıya köçərək o zaman ilk müstəqil qəzetlərdən olan "Günay" qəzetində işləməyə başlayıb. Qəzet bağlanana qədər - 13 il baş redaktorun müavini vəzifəsində çalışıb. Eyni zamanda, o, qəzetin səhifələrində mədəniyyətlə bağlı məqalələrlə müntəzəm çıxış edib, oçerklər yazıb, jurnalist tədqiqatları aparıb.

Təqaüdçü jurnalist Qalina Mikeladze son illər 1news.az saytı, rusdilli "Kaspiy" qəzeti ilə əməkdaşlıq edirdi. 

Allah rəhmət eləsin...

 

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik