Modern.az

HƏMAS iki girovu azad edib, ardı olacaq? - ŞƏRH

HƏMAS iki girovu azad edib, ardı olacaq? - ŞƏRH

Analitika

21 Oktyabr 2023, 13:46

HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı danışıqlar davam edir.

Modern.az xəbər verir ki, bu barədə danışıqlardan xəbərdar olan mənbəyə istinadən “Reuters”  agentliyi məlumat yayıb.

Mənbə bildirib ki, cümə günü iki amerikalı qadının azadlığa buraxılması "ilk addım" olub və gələcək addımlar üçün müzakirələr davam edir.

Bu arada HƏMAS bildirib ki, girovların “zəruri təhlükəsizlik şərtlərinə uyğun olaraq” azad edilməsi üzrə danışıqlar aparmaq üçün “vasitəçilər”lə işləyir.

Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, HƏMAS İsrailə hücumdan sonra Qəzzaya xeyli girov aparıb.

“Onların içərisində müxtəlif ölkələrin vətəndaşları var. Girovların azad olunması uğrunda mübarizə davam edir. Vətəndaşları HƏMAS qruplaşmasının girovluğuna olan ölkələr İsrailə təzyiq edirlər ki, Tel-Əviv Qəzzada quru əməliyyata başlamasın. Çünki İsrail quru əməliyyata başlayarsa, girovların sağ qalma ehtimalı azalacaq. Bu təzyiq hələ ki nəticəsini verir, mühafizəkar baş nazir Benyamin Netanyahu Qəzzaya hücum əmrini verməyə təsəlmir. Bu arada, HƏMAS ilkin olaraq iki ABŞ vətəndaşını azad edib. Görünür, HƏMAS Vaşinqtonun Yaxın Şərq siyasətini korrektə edəcəyinə ümid bəsləyir. Rusiya, Çin, Türkiyə və bir çox ölkə “bölgədə İsraillə yanaşı, Fələstin dövləti də olmalıdır” deyərkən Vaşinqton İsrailə dəstəyini davam etdirir. Buna baxmayaraq, Vaşinqtonda da anlayırlar ki, Fələstin dövləti mövcud olmayana qədər Yaxın Şərq “barıt çəlləyi” olaraq qalacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…