Modern.az

İsrail üçün ciddi problem: HƏMAS-ın tunel şəbəkəsi - FOTOLAR

İsrail üçün ciddi problem: HƏMAS-ın tunel şəbəkəsi - FOTOLAR

Analitika

27 Oktyabr 2023, 09:22

İsrail Qəzzada quru əməliyyatlarına hazırlaşır. Ancaq İsrail ordusunun bu bölgədə çox ciddi problemi var: HƏMAS silahlı qruplaşmasının tunel şəbəkəsi...

 

Bir çoxları bunu şəhər altında şəhər adlandırır. HƏMAS tərəfindən tuneldə girov saxlanılan şəxslərdən biri azad olunduqdan sonra buranı "hörümçək toru" kimi təsvir etmişdi.

 

Qəzza zolağının uzunluğu cəmi 40 kilometr olsa da, sözügedən tunellərin yüzlərlə kilometr uzunluğunda olduğu bildirilir. Müxtəlif məqsədlər üçün istifadə edilən bu tunellər 80 metr dərinlikdə yerləşir. Bu şəbəkədən hücum, qaçaqmalçılıq, girovların saxlanılması və gizləmək üçün istifadə olunur. Tunel şəbəkəsinin böyük hissəsinin Qəzzanın qumlu sahil zolağının altında yerləşdiyi güman edilir.

 

Bir çox ekspertlər deyir ki, İsrail ordunun xüsusi təyinatlı qüvvələri yerin altında saxlanılan girovları xilas etmək üçün misli görünməmiş problemlə üzləşəcəklər. ABŞ-ın müdafiə naziri Lloyd Ostin qeyd edib ki, İraqın Mosul şəhərini İŞİD terror qruplaşmasından geri almaq üçün doqquz ay davam edən döyüş Qəzzada gözlənilən toqquşmadan daha asan ola bilər.

 

İsrail tunellərin aşkarlanmasına ciddi investisiyalar yatırıb, müxtəlif sensorlar, aşkarlama sistemləri, radarlar istehsal və ya idxal edilib. Ancaq HƏMAS hələ də bu şəbəkədən məharətlə istifadə edir.

 

2021-ci ildəki döyüş əməliyyatlarından sonra HƏMAS-ın Qəzzadakı lideri Yəhya Əl-Sinvar deyirdi ki, İsrail HƏMAS-ın 100 km-lik tunelini dağıddığını iddia edirdi. "Onların bu iddiası doğru olsa belə, tunellərin yalnız 20%-ni dağıdılıb".

 

İsrailin Qəzzanın hava və dənizə çıxışına tam nəzarət edir. Ümumi 72 kilometr quru sərhədinin 59 kilometri İsraillə, 13 kilometri Misirlədir. Bu sərhədlərə də ciddi nəzarət olunur. Ancaq yenə də tunellər HƏMAS-a silah, avadanlıq və canlı qüvvə gətirmək üçün istifadə edilir.

 

Bu yaxınlarda azad edilmiş israilli girovlardsn biri tunellər haqqında belə deyir: "Bu, hörümçək toru kimi görünürdü, çoxlu tunellər var idi...Biz yerin altında kilometrlərlə getdik".

 

HƏMAS hesab edir ki, İsrailin hava və zirehli texnika üstünlüyünün qarşısını bu tunel şəbəkələri ilə almaq mümkündür. İsrail ordusunun sözçüsü tunel şəbəkəsinin sayının çox olduğunu deyib, lakin dəqiq say barədə məlumat verməkdən imtina edib. O, şəbəkənin məktəblərin və yaşayış sahələrinin altında tikildiyini vurğulayıb.

 

 

İsrail təhlükəsizlik mənbələri bildirirlər ki, İsrailin ağır hava bombardmanları tunel infrastrukturuna çox az ziyan vurub. “Günlərdir, kütləvi hücumlar etsək də, HƏMAS rəhbərliyi demək olar ki, toxunulmazdır, komanda-nəzarət qabiliyyəti, hətta əks-hücumlara cəhd etmək və həyata keçirmək qabiliyyəti hələ də var”, - keçmiş briqada generalı Əmir Avivi belə deyib.

 

Ehtimal edilir ki, bu tunel şəbəkəsi şəhər tiplidir və burada bunkerlər, qərargahlar və anbarlar var. Şəbəkədə, həmçinin mindən çox raket buraxılış mövqeyi mövcuddur. Bəzləri tunelin 40-50 metr dərinlikdə yerləşdiyini güman edir. Tunel divarlarının betondan hazırlandığı, bunun üçün uzun illərdir çoxlu pullar xərcləndiyi bildirilir. Şəbəkənin bəzi girişlərinin Misirdən olduğu qeyd olunur.


Bəzi mənbələr Misirdə bir çoxlarının tunel şəbəkəsinin qurulmasına və saxlanılmasına dəstək verdiyini düşünür. Misir rəsmilərinin bu barədə məlumatlı olub-olmadığını bilinmir.


HƏMAS 1987-ci ildə Qəzzada yaradılıb və 1990-cı illərin ortalarından tunellər qazmağa başladığı güman edilir. HƏMAS-ın Qəzzada İordan çayının qərb sahilindən daha güclü olmasının əsas səbəbi də məhz bu tunel şəbəkələridir. Fələstin Muxtariyyətinə İordaniyadan nələrinsə daxil olması daha çətindir və buna görə qruplaşma burada şəbəkə qurmağa çalışmayıb.

 

2005-ci ildə İsrail əsgərlərini Qəzzadan çıxardıqdan sonra HƏMAS iqtidarı ələ keçirdi və tunellerin genişləndirilməsi və möhkəmləndirilməsi üçün imkanlar yarandı. Bundan qısa müddət sonra HƏMAS-ın hərbi qanadı İzz əl-Din əl-Qəssam Briqadaları Qəzza sərhədindəki Kerem Şalom bazasına basqın etmək üçün 600 metr dərinlikdə tunel qazmışdı, hücum zamanı İsrailin iki əsgəri ölmüşdü, bir neçəsi əsir götürülmüşdü.

 

Şəbəkənin qurudan və ya kosmosdan dəqiq xəritəsini çıxarmaq çətindir, İsrailin kəşfiyyat məlumatlarına əsasən xəritələr hazırladığı güman edilir. Ancaq bu xəritələrin dəqiq olması şübhəlidir. İsrail ordusu tunellerin tapılması, təmizlənməsi və məhv edilməsi üçün xüsusi komandolar yetişdirib və Yahalom adlı xüsusi ixtisaslaşmış bölmə yaradıb. Bu həftənin əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu Yahalom döyüşçülərinə baş çəkib. “Mən sizə güvənirəm, İsrail xalqı sizə güvənir”, - görüş zamanı o deyib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…