Modern.az

Rusiya Baxmut ətrafında qüvvələrini artırıb - Hücuma hazırlıq gedir...

Rusiya Baxmut ətrafında qüvvələrini artırıb - Hücuma hazırlıq gedir...

Analitika

31 Oktyabr 2023, 10:50

Rusiya Ukraynanın şərqində yerləşən Baxmut şəhəri ətrafında qüvvələrini artırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın hərbi rəsmiləri bildirib.

 

Onların sözlərinə görə, Rusiya qoşunlarını müdafiədən hücuma keçirib, lakin Ukrayna hücumları dəf etməyə hazırlaşır.

 

Rusiya Baxmutu may ayında ələ keçirib. Ukrayna iyun ayında Baxmut da daxil olmaqla ölkənin cənub və şərqində işğal olunmuş torpaqları geri almaq məqsədi ilə əks-hücum əməliyyatına başlayıb.

 

Ukraynanın quru qoşunlarının komandanı, general Aleksandr Sırski "Telegram"da yazıb: “Düşmən Baxmut bölgəsində qruplaşmasını xeyli gücləndirib və müdafiədən fəal hərəkətlərə keçib”.

 

Ukrayna quru qoşunları komandanlığının kommunikasiya rəhbəri Vladimir Fityo bildirib ki, Rusiya qüvvələri bu ayın əvvəlində Ukraynanın əks-hücumları zamanı azad etdiyi Baxmut ətrafındakı mövqeləri geri almağa hazırlaşır.

 

"Biz bunu gördük, kəşfiyyat hər şeyi bildirdi. Hazırlaşırdıq, müdafiə mövqelərimizi gücləndiririk. Bu, bizim üçün sürpriz deyil”, - o, "Reuters" agentliyinə açıqlamasında bildirib.

 

Hərbi rəsmilər Rusiya qüvvələrinin xüsusilə Ukraynanın nəzarətində olan şimal-şərqdə yerləşən Kupyansk şəhəri yaxınlığında fəal olduğunu bildirib.

 

Ukrayna Baş Qərargahı gecə hesabatında Kiyev qüvvələrinin Baxmut yaxınlığında hücumda qaldığını bildirib. Rusiya qoşunları Kupyanskın şimalındakı Sınkivkada irəliləməyə çalışsalar da, heç bir irəliləyiş əldə edə bilməyiblər.

 

Rusiya son həftələr Baxmutun cənub-qərbindəki strateji Avdiyevka şəhərini mühasirəyə almaq və ələ keçirmək üçün hücumlarını artırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir