Modern.az

ABŞ-dan Qarabağda baş verənlərə REAKSİYA

ABŞ-dan Qarabağda baş verənlərə REAKSİYA

Aktual

4 Avqust 2022, 07:30

ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

 

“Gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır”, - Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı