Modern.az

Azərbaycana qanunsuz keçmək istəyən əfqanlar saxlanıldı

Azərbaycana qanunsuz keçmək istəyən əfqanlar saxlanıldı

Aktual

Bu gün, 12:02

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi məlumat yayıb.

DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV