Modern.az

UEFA reytinqi - Azərbaycan xal ehtiyatını yenidən artırdı

UEFA reytinqi - Azərbaycan xal ehtiyatını yenidən artırdı

Aktual

4 Avqust 2022, 08:15

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

 

Modern.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub.

 

Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,125 xal gətirib. Lakin Azərbaycan mövsüm üzrə xal sayını 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Neftçi” üçüncü təsnifat mərhələsində ilk oyununu bu gün keçirəcək. Rəqib Avstriyanın "Rapid" (Vyana) klubu olacaq

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı