Modern.az

Bu ölkə rus dilindən imtina edir

Bu ölkə rus dilindən imtina edir

Aktual

4 Avqust 2022, 11:24

Estoniyanın təhsil nazirliyi Tonis Lukas rus dilindən ikinci xarici dil kimi imtina edilməsi təklifi ilə çıxış edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  bunu Tonis Lukas ERR telekanalının efirində deyib.

 

“Estoniyada ikinci xarici dil kimi rus dilinin üstünlük təşkil etməsi normal deyil. Məktəblər valideynlərin istəklərinə cavab verməli və həll yollarını özləri tapmalıdırlar. Dilin özünün heç bir günahı yoxdur, biz dilə qarşı deyilik. Sadəcə olaraq, seçim daha geniş olmalıdır”, - deyə nazir vurğulayıb.

 

Bununla belə, Lukas əlavə edib ki, bütün Estoniya məktəbləri üçün fransız və ya alman dili müəllimləri tapmaq çətin olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı