Modern.az

Putin və Ərdoğan bu layihələri müzakirə edəcək

Putin və Ərdoğan bu layihələri müzakirə edəcək

Aktual

4 Avqust 2022, 13:12

Rusiya Prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla enerji sahəsində birgə strateji layihələri müzakirə edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

"İyulun 19-da prezidentlərin Tehranda ikitərəfli görüşü zamanı əldə olunan razılaşmalara uyğun olaraq Rusiya-Türkiyə çoxplanlı əməkdaşlığın, o cümlədən ticari-iqtisadi əlaqələrin gələcək inkişafı və enerji sahəsində birgə strateji layihələrin müzakirəsi planlaşdırılır", - açıqlamda deyilir.

 

Qeyd edək ki, avqustun 5-də Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!