Modern.az

DSX-nin gənc əsgərləri and içdilər - FOTOLAR

DSX-nin gənc əsgərləri and içdilər - FOTOLAR

Aktual

4 Avqust 2022, 13:24

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissə­lərində gənc əsgərlərin andiçmə mərasimi keçiril­ib.

 

Xidmətin mətbuat mərkəzindən Modern.az-a verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

 

Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyə­ti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsa­düf etdi­yini, Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəh­bə­rliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüş­müş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıb.

 

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik ifadə olunaraq onlara müvəffəqiy­yətlər arzulayıb.

 

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı