Modern.az

“Qarabağ” italiyalı hücumçuya təklif göndərdi

“Qarabağ” italiyalı hücumçuya təklif göndərdi

Aktual

4 Avqust 2022, 17:52

"Qarabağ" klubu italiyalı futbolçu Manuel Puççarelliyə təklif göndərib.

 

Modern.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, Azərbaycan çempionu ilə yanaşı, Rumıniyanın ÇFR klubu da 31 yaşlı hücumçunu transfer etmək istəyir.

 

Ötən ay Avstraliyanın "Melburn Siti" komandası ilə müqaviləsini pozan təcrübəli oyunçu hazırda azad agentdir.

 

Qeyd edək ki, ölkəsində "Empoli"nin yetirməsi olan Manuel Puççarelli "Qavorrano", "Kyevo", "Peskara" klublarında, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin "Dibba Əl-Fucayra" komandasında da çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı