Modern.az

Rusiyada dron təhlükəsi: Əhaliyə təcili xəbərdarlıq

Rusiyada dron təhlükəsi: Əhaliyə təcili xəbərdarlıq

Dünya

Bu gün, 10:43

Sankt-Peterburq qubernatoru şəhər sakinlərini küçəyə çıxmamağa çağırıb, Rusiya rəsmiləri isə bölgəyə qarşı genişmiqyaslı PUA hücumunun həyata keçirildiyini açıqlayıblar.

Modern.az xəbər verir ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərə pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirib, lakin hücumda iştirak edən dronların sayını açıqlamayıb.

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, bölgə üzərində ümumilikdə 86 pilotsuz uçuş aparatı vurulub.

Ukraynaya yaxın monitorinq kanalları isə hücumlar zamanı Rusiyanın hərbi obyektlərinə zərbələrin endirildiyini iddia edir. Məlumatlarda Sankt-Peterburqun tərkib hissəsi olan Kronştadt hərbi limanına, həmçinin Böyük İjora qəsəbəsində yerləşən Rusiya Hərbi Dəniz Donanmasının 15-ci arsenalına zərbələrin endirildiyi qeyd olunur.

Bildirilir ki, hər iki obyekt Rusiyanın Baltik donanmasının təminat sistemində mühüm rol oynayır.

Qeyd edək ki, Ukrayna tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib və yayılan məlumatları müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!