Modern.az

İsrailin yüksək rütbəli komandiri və zabitləri yaralandı

İsrailin yüksək rütbəli komandiri və zabitləri yaralandı

Dünya

6 İyun 2026, 03:39

İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli komandiri və daha bir zabiti “Hizbullah”la toqquşma zamanı yaralanıb, digər bir zabit isə dron zərbəsi nəticəsində xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

Məlumata görə, atışmada yaralanlardan birinin vəziyyəti ağırdır. Ağır yaralanan zabit dərhal helikopterlə xəstəxanaya çatdırılıb, bölmə komandiri olan polkovnik-leytenant isə yüngül xəsarət alıb və bir neçə saat sonra hospitala aparılıb.

İsrail ordusu bildirib ki, hərbiçilər ərazidə axtarış əməliyyatları apararkən “Hizbullah” döyüşçülərinin müqaviməti ilə üzləşib.

Eyni zamanda, ayrı bir insidentdə İsrail ordusunun zabiti Livanın cənubunda “Hizbullah”a məxsus olduğu ehtimal edilən partlayıcı dronun hücumu nəticəsində ağır yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı