Modern.az

Borçalıda ailə faciəsi - 7 yaşlı Fərrux öldürüldü

Borçalıda ailə faciəsi - 7 yaşlı Fərrux öldürüldü

Diaspor

Bu gün, 14:27

Gürcüstanın Bolnisi rayonunda baş verən dəhşətli qətllə bağlı yeni təfərrüatlar məlum olub.

Modern.az xəbər verir ki, 42 yaşlı qadın 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, daha sonra isə intihara cəhd edib.

Məlumata əsasən, hadisə Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxalajvari) kəndində baş verib. Bildirilir ki, qadın özünə də bıçaq xəsarətləri yetirib, lakin həkimlər onun həyatını xilas edə biliblər.

Öldürülən uşağın 7 yaşlı Fərrux Əhmədov olduğu, cinayətdə ittiham olunan şəxsin isə Svetlana Əhmədova olduğu bildirilib. Qadının Azərbaycan vətəndaşı olduğu qeyd edilib.

Mövcud məlumata görə, hadisədən sonra ailə üzvləri baş verənləri gizlətməyə çalışsalar da, məlumat qısa müddət sonra ictimailəşib.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, qadın saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsini nəzərdə tutan 109-cu maddəsi ilə istintaq aparılır.

Yerli media qadının psixoloji problemlərinin olduğu barədə məlumat yayıb. Bununla bağlı rəsmi qurumların açıqlaması isə hələlik yoxdur.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV