Modern.az

Medvedev: Paşinyan seçkiqabağı rəqiblərini sıradan çıxarır

Medvedev: Paşinyan seçkiqabağı rəqiblərini sıradan çıxarır

Dünya

Bu gün, 10:59

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilər öncəsi rəqiblərini sıradan çıxarmağa çalışmaqda ittiham edib və ölkədə keçirilən seçkilərin legitimliyini sual altına alıb.

Modern.az xəbər verir ki, bu barədə Dmitri Medvedev açıqlamasında bildirib.

Keçmiş Rusiya prezidenti Ermənistan hökumət başçısının siyasi rəqiblərindən qurtulmağa çalışdığını iddia edib.

“Paşinyan seçkilərdə bütün rəqiblərini sıradan çıxarmağa çalışır”, - deyə Medvedev bildirib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkiləri legitim hesab etmək olmaz, çünki hazırkı baş nazir rəqiblərini siyasi prosesdən uzaqlaşdırmağa çalışır.

Medvedev əlavə edib ki, belə seçkilərin keçirilməsi Paşinyana “hətta Vaşinqton və Brüsseldə də bağışlanmayacaq”.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!