ABŞ İran milli futbol komandasının oyunçularına 2026-cı il FIFA Dünya Kubokunda iştirak etmək üçün viza verib.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Telekanalın Ağ Ev sözçüsünə istinadən verdiyi məlumata görə, İranlı futbolçuların ABŞ-a daxil olması üçün viza rəsmiləşdirilib.
İran milli futbol komandasının Dünya Kubokundakı ilk oyunu iyunun 15-də Los-Ancelesdə keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya milli futbol komandası ilə qarşılaşacaq.
İran millisi qrup mərhələsində, həmçinin Belçika milli futbol komandası və Misir milli futbol komandası ilə də üz-üzə gələcək.