Modern.az

Ermənistanda deputatlığa namizədə cinayət işi açıldı

Ermənistanda deputatlığa namizədə cinayət işi açıldı

Dünya

Bu gün, 10:47

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “Ermənistan” blokundan deputatlığa namizədin seçki prosesinə müdaxilə və mümkün saxtakarlıq cəhdlərində iştirak etdiyini iddia edir, faktla bağlı cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı məlumata görə, “Ermənistan” blokunu təmsil edən deputatlığa namizəd seçki məntəqə komissiyalarına namizədlər irəli sürmək imkanından siyasi maraqları naminə istifadə edib.

İstintaq orqanının iddiasına əsasən, həmin şəxs komissiyalarda işləməyə və müəyyən sayda səsin siyasi qüvvənin xeyrinə təmin edilməsinə razılıq verən şəxslərə üstünlük verib.

Komitə bildirib ki, faktla bağlı cinayət işi başlanıb, bir neçə nəfər saxlanılıb və müxtəlif ünvanlarda axtarışlar aparılıb.

Hələlik “Ermənistan” blokunun məsələ ilə bağlı rəsmi mövqeyi açıqlanmayıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!