Modern.az

Rusiya hücumu yenə soydaşımızın ölümünə səbəb oldu

Rusiya hücumu yenə soydaşımızın ölümünə səbəb oldu

Diaspor

1 İyul 2026, 10:07

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Əliyev Elmar Mövsüm oğlu dron zərbəsindən həlak olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.

Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama